Taxıl ixracı məsələsi həll olunmasa, Polşa Ukraynanı Aİ-yə buraxmayacaq

Dünya


Taxıl ixracı məsələsi həll olunmazsa, Varşava Ukraynanın Avropa İttifaqına girməsinə razı olmayacaq.

Bu barədə Polşanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Robert Telus bildirib.

Onun sözlərinə görə, Aİ-yə daxil olarkən Polşa çox sərt şəkildə qoyulan şərtləri yerinə yetirməli idi, indi də Varşava Ukrayna üçün şərtlər qoymalıdır.

O hesab edir ki, Polşanın Ukraynanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi embarqo Ukraynanın Avropa İttifaqına daxil olması imkanını yaradır.

Xatırladaq ki, Polşa bir müddət əvvəl Ukrayna taxılının idxalı üçün sərhədləri açmayacağını elan etmişdi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir