Messi gündəlik həyat rituallarından danışdı

Dünya


ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi gündəlik həyat rituallarından danışıb.

Argentinalı ulduz futbolçu bunların sayının çox olduğunu deyib.

“Mənim çoxlu ritualım var. Yatmazdan əvvəl masanın üstündəki hər şeyi növbəti günə hazırlayıram. Səhər yeməyində hər kəs öz yerində əyləşməlidir. Mən həmişə eyni yerdəyəm. Masada hamının öz yeri var, oğlanlar və Antonella (Messinin həyat yoldaşı – red.) bunu bilirlər. Evə çatanda dərhal idman ayaqqabılarımı çıxarıb başmaq geyinirəm. Mənim başqa rituallarım var, amma onlar haqqında susmağa üstünlük verirəm”.

L.Messi sevdiyi yeməkləri də açıqlayıb:

“Bu barədə çox seçiciyəm: qovurma, makaron, şokolad, dondurma xoşlayıram. Mən şirin hər şeyi sevirəm və hər şeyi yeyə bilərəm. Amma az yeməyə çalışıram. Qəhvəni isti və acı sevirəm. Əvvəllər şirin içirdim, amma sonra acı şeylərə öyrəşdim”.

Qeyd edək ki, bu yay Fransanın PSJ klubundan ayrılaraq “İnter Mayami”yə keçən hücumçu ABŞ klubunda 11 oyunda 11 qol vurub, beş məhsuldar ötürmə edib.

Xatırladırıq ki, “Apple” şirkəti Messini xatırladan yeni “iPhone” təqdim edib.

Mənbə: athletistic.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir