Dünyada ac insanların sayı 2005-ci ildən bəri ən yüksək həddə çatıb.
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında BMT-nin baş katibi Antonio Quterreş deyib.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasından 75 il keçir və bəzi sahələrdə – müstəmləkəçiliyə və seqreqasiyaya son qoyulmasından tutmuş qadınların səsvermə hüququnun əldə edilməsinə qədər böyük irəliləyişlər əldə olunub. Amma hələ də 1,2 milyard insan yoxsulluq içində yaşayır və aclıq 2005-ci ildən bəri görünməmiş səviyyədədir”, – deyə o, bəyan edib.
“50-dən çox ölkədə etnik mənsubiyyətə və irqə görə ayrı-seçkilik tam qanuni olaraq qalır. İnsanlar daha yaxşı həyata nail olmaq üçün ölümcül risklərə gedirlər”, – o əlavə edib.
Mənbə: TASS
www.102info.az