UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Oxu.Az-ın məlumatına görə, bu gün E, F, G və H qruplarında I turun oyunları keçirilib.
Günün maraqla gözlənilən görüşü Fransada olub. PSJ öz meydanında Almaniyanın “Borussiya” (Dortmund) klubunu məğlub edib.
Turnirin son qalibi “Mançester Siti” İngiltərədə qəbul etdiyi Serbiyanın “Srvena Zvezda” komandası üzərində əzmkar qələbə qazanıb.
İspaniya “Barselona”sı isə doğma arenasında Belçika klubu “Antverpen”i darmadağın edib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
I tur
E qrupu
“Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) 2:0
“Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) 1:1
F qrupu
“Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) 0:0
PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
G qrupu
“Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya) 1:3
“Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 3:1
H qrupu
“Barselona” (İspaniya) – “Antverpen” (Belçika) 5:0
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya) 1:3
Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də keçiriləcək.
www.102info.az