Keniya Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin şimalında qəzaya uğrayıb.
Bu barədə Keniya Müdafiə Nazirliyinin sözçüsü Zipora Kyoko məlumat verib.
“Helikopter davam edən təhlükəsizlik əməliyyatı çərçivəsində Amani Boni havadan müşahidə aparırdı”, – o bildirib.
Məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində azı səkkiz hərbçi həlak olub.
Bildirilir ki, helikopter Somali ilə sərhəd yaxınlığında qəzaya uğrayıb. Fövqəladə vəziyyətin səbəbləri hələ müəyyən edilməyib.
Mənbə: TASS
www.102info.az