Sentyabrın 19-da səhər saatlarında Novosibirsk sakinləri şəhərin üzərində səmada buludlar arasında açılan “dəlik” görüblər. Şahidlər qeyri-adi hadisənin fotosunu sosial şəbəkələrdə paylaşıblar.
Şərhlərdə sosial şəbəkələrin istifadəçiləri buludların arasında yaranan boşluğu “müharibəsiz parlaq gələcəyə portal”, “Cəhənnəm halqasından Əmək meydanına teleport” və hətta UNO-nun izi adlandırıblar.
Həmçinin şərhlərin arasında “içinə şəkər atılmış səmavi kapuçino”, “dünyalar arasında müharibənin başlanğıcı” və qara dəlik haqqında versiyalar da olub.


Mənbə: mk.ru
www.102info.az