Sinqapurda həmkarlarını koronavirusa yoluxduran şəxs həbs olundu

Dünya


Sinqapurda yaşlı kişi COVID-19 pandemiyası zamanı həmkarlarını qəsdən virusa yoluxdurduğuna görə həbs edilib.

2021-ci ilin payızında “Leong Hup Singapore” İnvestisiya Holdinqinin təmizlik işçisi logistika şöbəsini təmizləməli olub. Ondan koronavirus üçün sürətli antigen testindən keçmək tələb edilib və nəticə müsbət çıxıb.

64 yaşlı kişidən dərhal ofisi tərk etməsi istənilib, lakin əvəzində o, logistika menecerinin köməkçisi və böyrək çatışmazlığı olan digər əməkdaşla mübahisə etməyə başlayıb. Bir anda təmizlik işçisi nümayişkaranə şəkildə onların üzərinə öskürməyə başlayıb. O, bilərəkdən qoruyucu maskasını çıxarıb və işçilərə tərəf öskürüb.

Onun bu hərəkəti nəticəsində əməkdaşlardan biri COVID-19-a yoluxub. Yaşlı kişi iki həftəlik həbs cəzası alıb.

Mənbə: life.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir