COVID-19 pandemiyası bütün dünyada piylənmə ilə bağlı vəziyyəti daha da pisləşdirib. Bu tendensiya davam edərsə, iki il ərzində 205 milyondan çox uşaq və yeniyetmə artıq çəkidən əziyyət çəkəcək.
Bu barədə rusiyalı alimlər qrupu xəbərdarlıq edib.
Onların sözlərinə görə, bundan başqa 2025-ci ilə qədər dünyada hər beşinci yetkin insan piylənmədən əziyyət çəkəcək, əsas zərərçəkənlər isə qadınlar olacaq – 21 faizdən çoxu (kişilər üçün bu göstərici 18%-dir).
Mütəxəssislərin fikrincə, bütün bunların günahı koronavirus pandemiyasındadır. COVID-19 məhdudiyyətləri səbəbindən fitnes klubları və aktiv məşq edə biləcəkləri yerlər bağlandı, buna görə insanlar idman etmək imkanlarını itirdilər.
Qeyd olunur ki, fiziki aktivlik hər il 5 milyon insanı xilas edə bilər, orta intensivlikli məşq (həftədə cəmi 2,5 saat) isə ölümü təxminən 10% azalda bilər.
Piylənmənin başqa bir səbəbi düzgün olmayan qidalanmadır. Bu gün dünya əhalisi həddindən artıq miqdarda duz və ya şəkər ehtiva edən emal olunmuş məhsullar istehlak edir.
Mənbə: KP.ru
www.102info.az