Cənubi Koreyada “KF-16” qırıcısı qəzaya uğrayıb

Dünya


“KF-16” qırıcısı Koreya Respublikasında bazadan havaya qalxarkən qəzaya uğrayıb.

Hadisə ölkənin cənub-qərbindəki Sosan qəzasındakı bazada yerli vaxtla saat 8:20-də (Bakı vaxtı ilə 3:20 – red.) baş verib, təyyarədə yalnız pilot olub. Pilot xilas ola bilib. Hazırda o, xəstəxanaya yerləşdirilib.

Mülki obyektlərə dəyən ziyan barədə məlumat verilməyib. Hərbi Hava Qüvvələri qəzanın səbəbini müəyyən etmək üçün işçi qrupu yaradıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir