Bolqarıstanın paytaxtı Sofiyada yerləşən Rus Pravoslav Kilsəsinin baş keşişi ölkədən çıxarılıb.
Bu barədə Rusiyanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.
“Bolqarıstan hakimiyyəti hesab edir ki, ata Vassian ölkənin milli təhlükəsizliyinə təhdid yaradır”, – deyə Rusiyanın Bolqarıstandakı səfirliyinin yaydığı qısa açıqlamada qeyd olunur.
Hələlik Bolqarıstan hökuməti məsələ ilə bağlı açıqlama yaymayıb.
Mənbə: TASS
www.102info.az