İki ölkə arasında münasibətlərin böhranlı olduğu bir vaxtda Kanadada Hindistandan olan bir kişi güllələnib.
Məlumata görə, hadisə Kanadada bir siqh fəalının öldürülməsindən sonra Nyu-Delhi və Ottava arasında münasibətlərdə böhranın yaranması fonunda baş verib.
Öldürülən şəxs Sukha Duneke kimi tanınan Sukhdol Sinqhdir. O, iki rəqib cinayətkar dəstə arasında Vinnipeqdə baş verən atışmada ölüb.
Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo Hindistan hökumətini siqh separatçılarının lideri Hardip Sinq Nicarın qətlinin təşkilində iştirakda şübhəli bilib. Hindistan isə Kanadanın ali komissarını ölkəsindən çıxarıb.
Mənbə: TASS
www.102info.az