“Azıx və Tağlar mağaraları-Azərbaycanın tarixdən əvvəlki yerləri” İrs Komitəsinin İlkin siyahısında

Dünya


Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları – Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (“Tentative List”) daxil edilib.

Bu barədə AZƏRTAC-a UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir