Hindistanın mərkəzində, Maharaştra ştatında yerləşən Naqpur şəhəri leysan suları altında qalıb.
Sosial şəbəkələrdə yerli sakinlərin lentə aldığı videolar yayılıb. Kadrlarda güclü axın yoluna çıxan hər şeyi yuyub aparır. İnsanlar qayıqlarla küçələrdə üzürlər. Piyada keçməyə çalışanları dərhal axın alıb aparır.
Meteoroloqlar regionda kataklizmin daha 4-5 gün davam edəcəyini proqnozlaşdırırlar.
Mənbə: Rambler
www.102info.az