Azərbaycan MMA döyüşçüsü Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirib.
Oxu.Az xəbər verir ki, yüngül çəkidə yarışan idmançımız Las-Veqasda təşkil olunan “UFC Fight Night”da polşalı Mateuş Qamrotla qarşılaşıb.
Görüş ikinci raundda başa çatıb. Buna səbəb idmançımızın sol ayağından zədə alması olub. O, rəqibə hücum etdikdən sonra dərhal yerə yıxılıb. Fiziyevin zədə aldığı aşkar bəlli olsa da, Qamrot ona hücum edib. Yalnız hakimin müdaxiləsindən sonra onu Rafaeldən uzaqlaşdırmaq mümkün olub.
Fiziyev texniki nokautla məğlub hesab edilib. Rəqibin zədələnməsindən sonra Qamrotun oktaqonda dövrə vurması, qələbəni çılğınlıqla qeyd etməsi müzakirələrə səbəb olub. Onun belə davranışı sosial şəbəkələrdə qınanılıb.
www.102info.az