İranda həbs edilən şagird və müəllimlər şallaq cəzasına məhkum edilib

Dünya


Bu ilin son doqquz ayında İranın təhlükəsik qüvvələri müxtəlif şəhərlərdə azı 110 uşaq və şagirdi, o cümlədən 43 müəllimi həbs ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Həbs edilən 17 müəllim və 5 şagird isə şallaq cəzasına məhkum ediliblər. Məlumata görə, İran hökuməti tərəfindən həbs edilən şagirdlər etnik kürd və bəluclardır.

Təşkilatın bildirdiyinə görə, İran məhkəməsi son 9 ayda 18 yaşdan kiçik şagirdlərə ümumilikdə 9 il 5 ay həbs və 148 şallaq cəzası verib.

17 müəllimə isə 61 il 11 ay həbs və iki müəllimə müvafiq olaraq 74 və 70 şallaq cəzası hökmü oxunub.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir