Çinin cənub-qərbindəki Quyçjou əyalətində baş verən mədən yanğını 16 nəfərin həyatına son qoyub.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Şantsyaoşu kömür mədənində baş verib.
İlkin məlumata görə, yanğın konveyerdən başlanıb. 16 işçi ərazidə sıxışıb və çölə çıxa bilməyib.
Artıq yanğının söndürüldüyü bildirilir.
www.102info.az