Baydenin hakimiyyəti dövründə ABŞ əhalisinin yarısının maddi vəziyyəti pisləşib

Dünya


ABŞ sakinlərinin 40 faizindən çoxu prezident Co Baydenin dövründə maliyyə vəziyyətlərinin pisləşdiyini bildirib.

Keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 37 faizi Baydenin işini bəyənir, 56 faizi isə onun qərarlarına mənfi münasibət bəsləyirlər. Daha çox amerikalı ABŞ prezidentinin iqtisadiyyat sahəsində və miqrantlarla bağlı məsələlərin həllinə dair siyasətini mənfi qiymətləndirir.

Həmçinin, qeyd olunur ki, məhz onun dövründə əhalinin yoxsullaşma səviyyəsi son 37 ildə ən yüksək həddə çatıb.

Respondentlərin 74 faizi Co Baydenin ikinci müddətə prezidentliyə namizəd olmaq üçün çox yaşlı olduğunu bildirib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir