İtaliyanın Akvila şəhərindəki ciddi rejimli həbsxanada saxlanılan “Koza Nostra” (Nyu-Yorkda iri İtaliya-ABŞ mafiya qruplaşması) liderlərindən biri Matteo Messina Denaro xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, sentyabrın 22-dən komada olan 62 yaşlı mafiya başçısı yoğun bağırsaq xərçəngindən müalicə alırmış.
Qeyd edək ki, Denaro doğulduğu Siciliyadakı Kastelvetrano şəhərində dəfn olunacaq.
Mənbə: Vesti.ru
www.102info.az