İtaliyanın paytaxtı Romada tələbələr yüksək mənzil kirayəsi qiymətlərinə etiraz olaraq aksiya keçiriblər.
Yerli mətbuat yazır ki, artıq bəzi tələbələr universitet binaları qarşısında çadır şəhərcikləri qurublar.
Tələbələr hökumətdən xaricə mühacirət etmədən İtaliyada oxuyub işləyə bilmək üçün təcili tədbirlər görməsini tələb edirlər.
Aksiyanın İtaliyanın digər şəhərlərində də keçiriləcəyi istisna edilmir.
Mənbə: Tgcom24.mediaset.it
www.102info.az