Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə hökumətinin icazəsi olmadan Latviya, Litva və Estoniyaya səfər edib.
Bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən məlumat verilib.
“Salome Zurabişvilinin Baltikyanı ölkələrə səfər etmək icazəsi yoxdur”, – Mətbuat Xidmətinin əməkdaşı bildirib.
Zurabişvilinin administrasiyası bazar ertəsi bəyan edib ki, Gürcüstan lideri respublikanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunu müzakirə etmək üçün Baltikyanı ölkələrə səfər edir.
Sentyabrın əvvəlində dövlət başçısı Berlin, Brüssel və Parisə səfər edərək burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti onun səfərlərinə razılıq verməyib. Bu səbəbdən hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası prezidenti ölkə Konstitusiyasını pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.
Əgər Zurabişvilinin ölkənin əsas qanunlarını pozduğu sübuta yetirilərsə, parlament onun impiçmentinə səs verəcək. İmpiçmenti 150 deputatdan 100-ü dəstəkləsə, Zurabişvili vəzifəsindən uzaqlaşdırılmış hesab ediləcək. Gürcüstan Konstitusiyasına görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.
Mənbə: TASS
www.102info.az