Hamburqdakı icmamız almaniyalı deputatlarla görüş keçirib – FOTO

Dünya


Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Körpüsünün fəalları Hamburq əyalət parlamentinin deputatı Əli Şimşəyi və Almaniya Bundestaqının üzvü Aydan Özoğuzu Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş hərbi təxribatlar və mina terroru ilə bağlı məlumatlandırıblar.  

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Millət vəkilləri ilə görüş zamanı Alman-Azərbaycan Dostluq Körpüsünün təsisçisi və sədri Xəlil Xəlilov, nəzarət-təftiş komissiyasının sədri Rasim Tağıyev və digər üzvləri 30 ilə yaxın işğal illərində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində törədilmiş hərbi, ekoloji cinayətlər, mina terroru, vandalizm aktları və Azərbaycanın 19-20 sentyabr tarixində Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində apardığı antiterror tədbirləri barədə ətraflı danışıblar. İcma üzvlərimizin Almaniya mətbuatında Azərbaycan haqqında birtərəfli, qərəzli, həqiqətə uyğun olmayan reportajlar yayımlamasından narahat olduğu və bu münasibəti pislədikləri diqqətə çatdırılıb. 

Görüş zamanı Almaniya Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş vətəndaşıq haqqında qanun layihəsi də ətraflı müzakirə edilib.

Sonra millət vəkilləri toplantı iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir