Fransanın Nigerdəki səfiri Silven İtte bu gün Niamey şəhərini tərk edərək Fransaya qayıdıb.
Bu barədə yerli mənbələr xəbər veriblər.
Məlumatda qeyd olunur ki, Silven İtte bir neçə saatdan sonra artıq Parisdə olacaq.
Hələlik Fransa rəsmiləri bu məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, Nigerdə dövlət çevrilişindən sonra hərbçilər Fransa səfirinin ölkədən çıxmasını tələb edirdilər.
Mənbə: “Al Hadath”
www.102info.az