İraqın baş naziri Məhəmməd əs-Sudani ölkənin şimalındakı Nineva əyalətinin Həmdaniya şəhərində ötən gecə baş verən yanğın qurbanlarının xatirəsinə üçgünlük milli matəm elan edib.
Bu barədə İraq Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidmətinin bəyanatında deyilir.
Eyni zamanda Nineva əyalətində birhəftəlik matəm elan edib.
Xatırladaq ki, dünən gecə Həmdaniyadakı 1000 nəfər qonağın olduğu toy vaxtı mərasim zalında yanğın baş verib. Son məlumatlara görə, azı 120 nəfər həlak olub, 200-dən çox (bəzi mənbələrdə 300) insan xəsarət alıb.
Həkimlər hesab edirlər ki, zərərçəkənlərin çoxunun vəziyyəti ağır olduğundan yaxın gələcəkdə qurbanların sayı arta bilər.
Əs-Sudani Əl-Həmdaniyyədə baş vermiş faciənin şəraiti ilə bağlı araşdırmaya başlamağı əmr edib. Faciə ilə bağlı artıq bir neçə nəfər, o cümlədən xüsusi tədbirlər üçün zalın yerləşdiyi binanın sahibi ifadə vermək üçün saxlanılıb.
Mənbə: TASS
www.102info.az