“Adana Demirspor”da böyük problem: Şahruddin Məhəmmədəliyev niyə “Beşiktaş”a qarşı oynamayacaq?

Dünya


Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev “Beşiktaş”a qarşı Super Liqanın III turundan təxirə salınmış matçda iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, buna qapıçının Adana təmsilçisinə qarşılaşmanın keçirilməsinin planlaşdırıldığı ilk tarixdən sonra transfer edilməsidir. Qaydalara görə, görüşdə yalnız həmin tarixə qədər qeydiyyatdan keçirilmiş oyunçular iştirak edə bilərlər.

III turun “Adana Demirspor” – “Beşiktaş” oyunu əvvəlcə avqustun 27-nə təyin edilib. Lakin komandaların avrokubok oyunlarına görə təxirə salınıb. Məhəmmədəliyev isə Super Liqa klubuna sentyabrın 8-də transfer edilib.

Ümumiyyətlə, “Beşiktaş”la oyun öncəsi “Adana Demirspor” heyətlə bağlı ciddi problem yaşayır. Komandanın ümumilikdə 10 futbolçusu müxtəlif səbəblərdən görüşü buraxmalı olacaq.

Ən böyük çətinlik isə qapı xətti ilə bağlıdır. Əsas qolkiper hesab edilən Ertaç Özbir Super Liqanın VI turunda “Kasımpaşa” ilə matçda birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün cəzalıdır. Digər qapıçı Qoran Karaçiçlə yollar artıq ayrılıb. Bu halda baş məşqçi Patrik Kluyvertin “çərçivə”ni bu mövsüm bir dəqiqə belə meydanda olmayan, əksər görüşlərin heç iştirak ərizəsinə də adı salınmayan 24 yaşlı qapıçı Vedat Karakuşa həvalə edəcəyi gözlənilir. Türkiyə mətbuatı mütəxəssisin başqa variantının olmadığını yazıb.

Qeyd edək ki, bu axşam Yeni Adana Stadionunda keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir