Amerikalı politoloq: “Aİ Şurası Azərbaycana qarşı səhvlərini etiraf edir”

Dünya


“Avropa İttifaqının nümayəndələrinin, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son bəyanatları göstərir ki, Aİ Şurası Azərbaycana qarşı keçmiş səhvləri etiraf edir”.

Bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

Onun fikrincə, Azərbaycanın suveren ərazisinin erməni terror qruplaşmalarından tam təmizlənməsindən sonra Avropanın iqtisadi gələcəyi daha proqnozlaşdırılan olacaq.

Ekspertin sözlərinə görə, eyni zamanda, bu, Cənubi Qafqaz regionunda əhalinin həyat keyfiyyətinin yaxşılaşmasına yardım göstərəcək:

“Azərbaycan hökuməti bu çətin vaxtlarda yüksək səviyyədə diplomatik bacarıq nümayiş etdirib və nəticədə Aİ Şurası keçmiş səhvlərini etiraf etmək məcburiyyətində qalıb. Azərbaycan öz Silahlı Qüvvələrinin və xarici siyasətlə məşğul olan qurumunun yüksək peşəkarlığını dünyaya nümayiş etdirib. Bu, Avropa İttifaqı Şurasını Qafqaz regionunda daha fəal rol almağa vadar edib”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir