Türkiyədə məscidə ayaqqabı ilə daxil olan şəxsdən prokurorluğa şikayət edilib – VİDEO

Dünya


Türkiyənin İsparta şəhərində məscidə ayaqqabı ilə daxil olan şəxslə bağlı prokurorluğa müraciət edilib.

Görüntülər ibadət evinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Bildirilir ki, ayaqqabıda olan şəxs namaz qılan imamın yanına yaxınlaşıb və ona irad bildirib.

Lakin kişi rabitəsiz cümlələr qurduğundan onun konkret nədən narazı qaldığını başa düşmək mümkün olmayıb.

İsparta Baş Prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılacaq, lazımi araşdırma aparılacaq.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir