Burkina-Fasoda dövlət çevrilişinə cəhd: Hərbçilər həbs edildilər

Dünya


Burkina-Fasoda sentyabrın 26-da dövlət çevrilişinə cəhdin təşkilində və iştirakında şübhəli bilinən 4 zabit saxlanılıb.

Daha bir zabit qrupu qaçmağa nail olub və hazırda axtarışdadır. Saxlanılan və qaçan hərbçilərin adları və rütbələri açıqlanmır. Həmçinin ölkənin bəzi xəbər portallarında dövlət çevrilişinə cəhddə Baş Qərargah rəisinin də iştirak edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Burkina-Faso prokurorluğu dövlət çevrilişinə cəhdlə bağlı iş qaldırıb. Hakimiyyət vətəndaşlara çağırış edib ki, bu məsələdə iştirak edən şəxslər barədə məlumat versinlər.

Qeyd edək ki, Burkina-Fasonun indiki keçid prezidenti, kapitan İbrahim Traore özü də keçən ilin sentyabrında dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. O zaman bir qrup hərbçi ölkənin rəhbəri, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damibanı vəzifəsindən uzaqlaşdırmışdı. 2022-ci ilin yanvarında, həmçinin çevriliş yolu ilə hakimiyyətə gələn Damiba oktyabrın 2-də prezidentlik vəzifəsini könüllü şəkildə tərk etdiyi ilə bağlı sənəd imzalamışdı.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir