Selçuk Bayraktar: “Xocalı faciəsi ürəyimizdə yara kimi qalmışdı”

Dünya


“Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi 44 günlük müharibə və antiterror tədbirləri tamamilə haqlıdır”.

Bu sözləri “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TV 100” kanalının efirində deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarında əməliyyat keçirib və 44 gün davam edən müharibə bütün cəhətləri ilə dünyada məşhurdur.

“Uşaq ikən baş verən Xocalı faciəsi və heç nə edə bilməmək ürəyimizdə yara kimi qalmışdı. Rəbbim nəsib etdi, silahlarımız torpaqlarımızın geri alınmasında mühüm rol oynadı. Biz də bunu Vətənə borcumuz kimi etdik. Kanada Türkiyə PUA-larının müharibədə istifadəsinə qarşı çıxmışdı. Təəssüf ki, Kanadanın bu reaksiyasına Türkiyə daxilində də sevinənlər var idi. Amma sevinmək əbəsdir. PUA-lar yenə də hədəfləri məhv edəcək”, – deyə Bayraktar bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir