Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib

Dünya


Sentyabrın 28-də günortadan sonra Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib.

Ən çətin vəziyyət Şeremetyevo hava limanında qeydə alınıb. Orada bir reys təxirə salınıb, 10 reys isə gecikib.

Domodedovo hava limanında altı reys təxirə salınıb, üç reys ləğv edilib. Vnukovo hava limanında isə beş reys təxirə salınıb, ikisi ləğv edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında “Aeroflot” və “Pobeda” aviaşirkətlərinin müştəriləri uçuşlara qeydiyyatdan keçməkdə çətinlik çəkiblər. Buna “Leonardo” rezervasiya sisteminin nasazlığı səbəb olub. Hazırda problem aradan qaldırılıb.

Mənbə: Rambler

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir