Türkiyənin paytaxtında güclü partlayış olub – VİDEO

Dünya


Türkiyənin paytaxtı Ankarada səhər saatlarında altımərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Bu barədə Türkiyə mətbuatı xəbər verib.

Partlayış nəticəsində yaşayış binasının qadın sakini həyatını itirib. Partlayışın gücündən ətrafdakı tikililərə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər. Bina sakinləri təxliyə olunublar. İlkin ehtimala görə, partlayış qaz borusundan sızma nəticəsində baş verib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir