Xankəndidəki partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

Dünya


Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Xəbərdə, həmçinin qeyd olunur ki, yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həyatını itirən digər şəxslərin də axtarışı davam etdirilir.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış zamanı zərərçəkənlər helikopter və təcili tibbi yardım maşınları ilə Ermənistana aparılıblar.  

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir