Rusiya və Ukrayna yenidən hücuma keçdilər – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiyanın hava hücumları yenidən intensivləşib.

“Ötən gecə cəbhənin bütün istiqamətlərində, hətta cəbhədənkənar vilayətlərdə də vəziyyət gərgin olub. Nikolayev, Odessa, Dnepropetrovsk Rusiya Ordusunun hava hücumuna məruz qalıb”, – deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, Donetsk və Zaporojye vilayətlərində Ukrayna Ordusunun əks-hücum əməliyyatı davam etdirilir. Nəticələrlə bağlı hələ məlumat yoxdur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir