Təbrizin Şəhid Kəsayi şosesində qurbanlarla nəticələnən dəhşətli qəza baş verib. Belə ki, dizel yanacağı daşıyan tanker minik avtomobili ilə toqquşub və aşıb. Hadisə nəticəsində yanğın başlayıb.
“Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər təqdim edib.
Bildirilir ki, faciəyə görə, azı iki nəfər həlak olub, daha üç nəfər isə ağır yanıq xəsarətləri alıb.
www.102info.az