Türkiyənin xarici işlər naziri Hakan Fidan millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı Azərbaycan xalqına və türk dünyasına başsağlığı verib.
Hakan Fidan bu barədə öz “X” səhifəsində paylaşım edib.
“TİKA dönəmindən bəri yaxından tanıdığım, fəaliyyəti ilə Azərbaycanın və bütün türk dünyasının hüquqlarını hər platformada uğurla müdafiə edən Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfatı məni dərindən kədərləndirdi.
Mərhuma Allahdan rəhmət, can Azərbaycan xalqına və türk dünyasına başsağlığı diləyirəm!”, – deyə nazir bildirib.
TİKA Başkanlığım döneminden beri yakından tanıdığım ve çalışmalarıyla Azerbaycan ile tüm Türk dünyasının haklarını her platformda başarıyla savunan Azerbaycan Milletvekili Ganire Paşayeva’nın vefatından büyük üzüntü duyuyorum.
Merhumeye Allah’tan rahmet, Can Azerbaycan halkına…
— Hakan Fidan (@HakanFidan) September 29, 2023
www.102info.az