Güclü yağış Nyu-York şəhərini (ABŞ) iflic edib, küçələri, zirzəmiləri, məktəbləri və metro stansiyalarını sel suları basıb.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Məlumata görə, suyun səviyyəsi o qədər sürətlə qalxıb ki, pik saatlarda metroya minən bəzi sərnişinlər çıxılmaz vəziyyətdə qalıblar. Onları xilasedicilər xilas ediblər.
Nyu-Yorkda və ştatın bir sıra bölgələrində fövqəladə vəziyyət elan edilib. Şəhər rəsmiləri “LaGuardia” hava limanının terminalını bağlayıblar.




Mənbə: “360 TV” “Telegram” kanalı
www.102info.az