Antalya vilayətində baş vermiş qəza nəticəsində bir rusiyalı qadın ölüb, daha dörd Rusiya vətəndaşı yaralanıb.
Bu barədə Rusiyanın bölgədəki Baş Konsulluğu məlumat yayıb.
“Sentyabrın 30-da Antalya vilayətinin Kundu rayonunda baş vermiş qəza nəticəsində Rusiya vətəndaşı dünyasını dəyişib. Daha 4 rusiyalı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Antalya xəstəxanalarına çatdırılıb. Onlardan ikisi reanimasiyadadır. Rusiya Baş Konsulluğu Antalyada baş verənlərin təfərrüatlarını araşdırır”, – məlumatda bildirilir.
Mənbə: TASS
www.102info.az