Maldiv adalarının yeni prezidenti bəlli oldu

Dünya


Maldiv adalarının hazırkı prezidenti İbrahim Məhəmməd Solih rəqibi – Məhəmməd Muizzunun seçkilərin ikinci turunda qələbəsini təsdiq edib.

“Prezident seçkilərinin qalibi Məhəmməd Muizzunu təbrik edirəm”, – o sosial şəbəkədə yazıb.

Xatırladaq ki, şənbə günü Maldiv adalarında səsvermənin ikinci turu keçirilib. İlkin nəticələrə görə, Muizzu 53,8 %, Solih 46,2 % səs toplayıb.

Ümumilikdə seçkilərdə 241 mindən çox seçici səs verib, fəallıq 85%-i ötüb.

Qeyd edək ki, sentyabrın 10-da Maldiv adalarındandakı prezident seçkilərinin birinci turunda əsas namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir