Dağıstanda məktəb müəllimlərinə iş üçün “WhatsApp”dan istifadə qadağan edilib. Respublikanın əsas messenceri indi Rusiya analoqları ilə əvəz olunacaq.
Məlumata görə, artıq müəllimlərə xarici tətbiqdə iş söhbətləri etmək və ya iş zamanı messencer vasitəsilə əlaqə saxlamaq qadağandır. Bunun əvəzinə müəllimlərdən yazışmaları VK və “Sferum” kimi yerli platformalara köçürmələri tələb olunur.
Oxşar qadağa artıq Yekaterinburqda tətbiq edilib. Polis də eyni əmri bir gün əvvəl alıb. Onlardan “Telegram”a keçmək və ya heç olmasa “WhatsApp”dakı iş söhbətlərinin adlarında Daxili İşlər Nazirliyinə istinadları silmək tələb olunub.
Bütün bunlar messencerin sahibi olan “Meta” ilə bağlıdır. Belə ki, Rusiya Ədliyyə Nazirliyi şirkəti bir ildən artıqdır ki, ekstremist kimi tanıyıb.
Mənbə: Baza
www.102info.az