İranın polad istehsalı zavodunda etiraz aksiyası keçirən 17 işçi şallaq, həbs və ya cərimə cəzasına məhkum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, hökm Polad Sənayesi və Ticarəti Şirkətinin şikayəti əsasında Əhvaz şəhər İnqilab Məhkəməsi tərəfindən çıxarılıb.
Şirkətin idarəetmə, eləcə də hüquqi vəziyyətinə etiraz edən işçilər “mübahisə yaratmaq və ictimai asayişi pozmaq”da ittiham ediliblər.
Hökmə əsasən, onların hər birinə üç aylıq həbs əvəzinə 2 milyon 500 min tümən (101 manat) cərimə və 74 şallaq cəzası verilib.
www.102info.az