ÜST rəhbərinin seksual xarakterli cinayətlərdə iştirakı ilə bağlı istintaqa başlanılıb

Dünya


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusla bağlı istintaqa başlanılıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, təşəbbüsü Efiopiya hökuməti irəli sürüb. Onların iddiasına görə, Qebreyesus Afrika ölkəsinin səhiyyə naziri vəzifəsində çalışarkən maliyyə və seksual xarakterli cinayətlər törədib.

Həmçinin Parisdə yerləşən “Platform to Protect Whistleblowers in Africa”nın məlumatına görə, Efiopiya Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı mərkəzi ÜST rəhbərinin fəaliyyətini 2021-ci ilin iyununda araşdırmağa başlayıb. Efiopiya hakimiyyət orqanları siyasətçinin 2005-2012-ci illərdə Afrika ölkəsinin səhiyyə naziri olduğu müddətdə dövlət vəsaitlərinin mənimsənilməsi, cinsi cinayətlər, Əddis-Əbəbədə qeyri-qanuni daşınmaz əmlak əldə etməsi, tender təkliflərinin saxtalaşdırılması və qeyri-qanuni satınalmalarda iştirakı ilə bağlı məlumatları yoxlayıb.

Belə ki, maliyyə kəşfiyyatının hesabatında Qebreyesusun qadınlara qarşı seksual xarakterli qısnama etdiyi və ona boyun əyənləri vəzifədə qaldırdığı bildirilir.

Nəşrdə o da vurğulanır ki, sənədlərdə heç bir sübut təqdim edilmir.

Qebreyesus özü bütün ittihamları rədd edir və bunu “böhtan kampaniyası” adlandırıb.

O, ailəsinin təhlükəsizliyindən narahat olduğu üçün doğma Efiopiyaya qayıtmaqdan çəkindiyini də etiraf edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir