Hindistanla Kanada arasında diplomatik qalmaqal böyüyür

Dünya


Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək öz ölkələrinə qayıtmasını tələb edib.

Bu iddia ilə Britaniya mətbuatı çıxış edib.

Nyu-Delhi qeyd olunan tarixdən sonra Hindistanda qalacaq kanadalı diplomatların toxunulmazlıq statusunun ləğv olunacağını bəyan edib.

Hələlik həm Kanada XİN, həm də Hindistan hökuməti məsələyə aydınlıq gətirməkdən imtina edib.

Xatırladaq ki, Kanada sentyabrın əvvəlində ölkənin siqh icmasının lideri Hardip Sinqh Nicarın iyun ayında öldürülməsi ilə əlaqədar Hindistanla azad ticarət danışıqlarını dayandırıb. Ottava Hindistan xüsusi xidmət orqanlarının bunda əli ola biləcəyini güman edir.

Xatırladaq ki, Hindistan və Kanada arasında ciddi diplomatik qalmaqal yaşanır. Belə ki, Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, bu ilin iyun ayında Hindistan agentləri Britaniya Kolumbiyasında siqh icmasının liderini öldürüblər. Hindistan ittihamı “absurd” adlandırır. Vəziyyət o həddə çatıb ki, hər iki ölkə diplomatlarını qarşılıqlı şəkildə ölkədən çıxarıb.

Mənbə: Financial Times

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir