Tehran Apellyasiya Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının fəallarından Əli Rəzizadə Nadarlının barəsində çıxarılan üçillik həbs cəzasını qüvvədə saxlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bundan əlavə, həbsdən buraxıldıqdan sonra onun daha 2 il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə, o cümlədən ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, o, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilib.
www.102info.az