Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.
Bu barədə nazirliyin axtarış məlumat bazasında bildirilib.
“Aleksey Nikolayeviç Arestoviç. Ukraynalı. Doğulduğu yer: Gürcüstan SSR, Tsiteli-Skaro şəhəri. Cinayət Məcəlləsinə əsasən axtarışdadır”, – deyə məlumat bazasında qeyd edilib.
Axtarışın konkret hansı maddə üzrə aparıldığı isə göstərilməyib.
Xatırladaq ki, Aleksey Arestoviç daha əvvəl Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Mənbə: TASS
www.102info.az