“Azərreyl” voleybol klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində Ukrayna təmsilçisi “Balta” ilə oyunlarının vaxtı dəqiqləşib.
Bakı klubundan verilən məlumata görə, komandalar arasında razılığa əsasən, hər iki matç Bakıda təşkil olunacaq.
“Azərreyl” rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal ev sahibi olacaq.
Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüşlər saat 20:00-da başlanacaq.
www.102info.az