Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyevdə sabitlik olsa da, vəziyyət ölkənin cənub və şərq vilayətlərində əvvəlki günlərə nisbətən gərginləşib.
Jurnalistin sözlərinə görə, Ukrayna səmasına ötən gecə ərzində ümumilikdə 80-ə qədər dron buraxılıb. Onların əksəriyyəti İran istehsalıdır.
Həmçinin qeyd edilib ki, Rusiya ordusunun hücumları, əsasən, Donetsk və Zaporojye vilayətlərində qeydə alınıb.
O da bildirilib ki, Ukrayna ordusunun “Dəmir” ləqəbli azərbaycanlı hərbçisi Zaporojyedə xüsusi hava hücumundan müdafiə sistemi vasitəsilə üç İran dronunu təkbaşına məhv edib.
Ətraflı videonu təqdim edirik:
www.102info.az