Nigerin baş nazirindən Fransaya sui-qəsd ittihamı

Dünya


Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zeyn iddia edib ki, Fransa Afrika ölkəsinin yeni hakimiyyət nümayəndələrini öldürmək üçün plan hazırlayıb.

“Fransa digər düşmənlərimizlə birlikdə ölkənin nazirlərini və rəhbərliyinin nümayəndələrini öldürmək üçün plan hazırlayıb. Fransa Nigerdə vəziyyəti gərginləşdirmək üçün öz vasitələrindən istifadə edir”, – o bildirib.

Xatırladaq ki, iyulun 26-da Nigerdə ​​prezident qvardiyasının bir qrup hərbi qulluqçusu qiyam qaldıraraq prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Yeni hakimiyyət Fransa ordusunun ölkədə yerləşdirilməsini pisləyib və kontingentin çıxarılmasını tələb edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir