“Masal News” saytının baş redaktoru və jurnalist Səccad Rüstəmzadə tutulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, o, Kiberpolis İdarəsinə çağırıldıqdan sonra Masal şəhər prokurorunun şikayəti əsasında həbs olunub.
Təhlükəsizlik qüvvələri jurnalistin evində axtarış apardıqdan sonra mobil telefonunu və kompüterini müsadirə ediblər.
Qeyd edək ki, tənqidi yazılar dərc etdiyinə görə həbs edilən Səccad Rüstəmzadənin hara aparıldığı barədə dəqiq məlumat yoxdur.
www.102info.az