Reqbi üzrə Fici millisinin üzvü Cosua Tuisova ölkəsinin yığma komandasına görə atdığı fədakar addımla diqqət çəkib.
29 yaşlı idmançı millinin Fransada keçirilən dünya çempionatında Gürcüstana qarşı qrup mərhələsi oyunu üçün yeddi yaşlı oğlunun dəfn mərasimində iştirak etməyib.
Məlumata görə, o, qarşılaşmadan bir neçə saat öncə oğlunun ölüm xəbərini alıb. Lakin idmançı Ficiyə qayıtmaq əvəzinə oynamağı seçib.
Tuisovanın oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.
Gürcüstanla qarşılaşma Ficinin 17:12 hesablı qələbəsi ilə başa çatıb. Komanda hazırda yer aldığı C qrupunda üçüncü pillədədir. Fici 1/4 finala yüksəlmək uğrunda həlledici matçda Portuqaliya ilə üz-üzə gələcək. Qruplarda ilk iki pilləni tutanlar növbəti mərhələyə yüksələcəklər.
Mənbə: independent.co.uk
www.102info.az