“Ermənistana Rusiya yox, Avropa İttifaqı xəyanət edib”.
Bu sözləri bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiyalı diplomat bildirib ki, Brüssel atəşi dayandırmaq və humanitar yardım göstərmək barədə heç düşünməyib də.
M.Zaxarova, həmçinin vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı missiyası heç bir sabitliyi və ya gərginliyin azalmasını təmin etmir.
“Onların əsas vəzifəsi Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək deyil, Brüsselin maraqları naminə kəşfiyyat xarakterli monitorinq aparmaq və vəziyyəti gərginləşdirmkdir”, – deyə Mariya Zaxarova əlavə edib.
Mənbə: TASS
www.102info.az