Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Fransanın xarici işlər naziri Katrin Kolonnanın “baza coğrafi biliklərə” ehtiyacı olduğunu bəyan edib.
Kılıç “X” sosial şəbəkəsində fransalı nazirin Ağrı dağının fotosunu yayımladığı paylaşımına münasibət bildirib.
“Xanım nazir, fotoşəkildəki Ağrı dağı Türkiyə sərhədləri daxilində yerləşir və buna görə də Türkiyənin ayrılmaz hissəsidir. Qorxuram ki, siz ya səfərinizin məqsədini ümumiyyətlə başa düşmürsünüz, ya da coğrafiya üzrə baza biliklərə ehtiyacınız var”, – Türkiyənin xüsusi nümayəndəsi yazıb.
www.102info.az